Türkiyə mediası azərbaycanlı tələbədən DANIŞIR - VİDEO

14 Aprel 2026 12:20

Azərbaycanlı tələbə beynəlxalq elmi arenada böyük uğura imza atıb.

Milli.Az xəbər verir ki, Ümid Hüseynzadə Türkiyənin Ondokuz Mayıs Universiteti Tibb fakültəsinin 4-cü kursunda təhsil alır və nailiyyəti ilə diqqət çəkib.

Gənc tədqiqatçı Avropanın nüfuzlu elmi qurumlarından biri olan European Society of Radiology tərəfindən European Congress of Radiology (ECR) çərçivəsində təşkil edilən konqresə 4 ayrı elmi işlə müraciət edib.

Süni intellektin tibb sahəsində tətbiqinə həsr olunan bu təqdimatlar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və hamısı qəbul olunub. 4-8 mart tarixlərində Vyanada keçirilən konqresdə Ümid Hüseynzadə universitetini uğurla təmsil edib.

Onun əldə etdiyi nəticə Ondokuz Mayıs Universiteti rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilib.

Gənc tələbə Türkiyə mediasına açıqlamasında beynəlxalq platformalarda həm Azərbaycanı, həm də Türkiyəni təmsil etməkdən qürur duyduğunu bildirib.

Musa
Milli.Az