Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb.
Milli.Az Bizim.Media-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama yayıb.
Qurumdan bildirilib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində kanalizasiya kollektorunda qeydə alınan qəza aradan qaldırılıb:
"Xətt təmir edilərək bərpa olunub".
Milli.Az