İtlaiyanın "Milan" futbol komandasının hücumçusu Rafael Leau karyerasını başqa klubda davam etdirə bilər. 26 yaşlı futbolçunun yay transfer pəncərəsində İtaliya nəhəngini tərk etməsi gözlənilir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, portuqaliyalı vingerin transferində "Bavariya" və "Barselona" maraqlıdır. Leaunun son aylarda "rossoneri" azarkeşləri ilə münasibətlərinin pisləşməsi onun gedişini real edir.
Futbolçunun müqaviləsində 175 milyon avro (349,7 milyon AZN) təzminat məbləği göstərilsə də, "Milan"ın onu 80 milyon avroya (159,8 milyon AZN) satmağa razı olacağı bildirilir. Oyunçu üçün digər variantlar sırasında İngiltərənin "Mançester Yunayted" klubu və Səudiyyə Ərəbistanı təmsilçiləri də var.
Qeyd edək ki, 2019-cu ildən "Milan"da çıxış edən Leaunun müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə keçirdiyi 26 oyunda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az