Səudiyyə Ərəbistanı ABŞ-yə müraciət edərək Hörmüz boğazı ətrafında yaranmış blokadanın aradan qaldırılmasını və İranla danışıqlara qayıdılmasını tələb edir.
Milli.Az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı rəsmiləri ABŞ prezidentinin Hörmüz boğazının bağlanması ilə bağlı qərarının bölgədə gərginliyi daha da artıracağından narahatdır.
Bildirilib ki, Riyad tərəfi bu addımın İranla hərbi eskalasiyaya səbəb ola biləcəyindən və digər mühüm dəniz nəqliyyat yollarının da təhlükə altına düşəcəyindən ehtiyat edir. Eyni zamanda Səudiyyə Ərəbistanı xəbərdarlıq edib ki, İran əks addım olaraq Qırmızı dənizdə yerləşən və ölkənin neft ixracı üçün kritik əhəmiyyət daşıyan Bab-əl-Məndəb boğazını bağlaya bilər.
Məlumata əsasən, İran portlarına tətbiq olunan blokada bazar ertəsi, 13 aprel tarixindən etibarən qüvvəyə minib. Bu qərar ABŞ prezidenti Donald Trampın hərbi zərbələrlə bağlı təhdidləri və uğursuz danışıqlardan sonra İranı Hörmüz boğazına nəzarəti yumşaltmağa məcbur etmək cəhdləri fonunda baş verib.
Ayxan
Milli.Az