Xəbər verdiyimiz kimi, müğənni fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Abşeron rayonunda 34 yaşlı qadının döyülməsi ilə bağlı polis araşdırma aparır.
Zərərçəkənin izahatı alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Əməli törədən şəxsin saxlanılması üçün tədbirlər görülür.
Milli.Az
_________
Müğənni fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib.
A.Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki, sevgilisi Emil Babayev adlı şəxs tərəfindən döyülüb.
Onun sözlərinə görə, dəfələrlə Emil Babayev tərəfindən hücumlara məruz qalıb. Sonuncu dəfə isə onun tərəfindən döyülüb və hətta E.Balayev onu bıçaqlamaq da istəyib. Digər şəxslərin müdaxiləsindən sonra isə bunun qarşısı alınıb.
Hazırda ağır xəsarətlər aldığını bildirən müğənni xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Mehman Əsədov
Milli.Az