“Roblox” uşaqlar üçün yeni qaydalar tətbiq edir

14 Aprel 2026 11:15

Populyar oyun platforması "Roblox" uşaqlar və yeniyetmələr üçün yeni hesab növlərinin tətbiq olunacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkətin rəsmi məlumatına görə, iki yeni hesab tipi yaradılır:

Yeni sistemin iyunun əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bu sistem yaş yoxlaması, standart təhlükəsizlik tənzimləmələri, kontent reytinqləri, daimi moderasiya və genişləndirilmiş valideyn nəzarətini özündə birləşdirəcək.

"Roblox Kids" hesabları daha sadə interfeysə malik olacaq, çat funksiyası deaktiv ediləcək və yalnız məhdud sayda oyunlara giriş mümkün olacaq. 

Şirkət bildirir ki, bu yeniliklər uşaqlar və yeniyetmələr arasında fırıldaqçılıq və təcavüz risklərini azaltmağa yönəlib.

Fidan
Milli.Az