“Barselona” artıq Çempionlar Liqasının kralı deyil”

14 Aprel 2026 09:09

"Mançester Yunayted"in keçmiş oyunçusu Patris Evra Çempionlar Liqasının dörddəbir finalında "Barselona"nın "Atletiko Madrid"ə qarşı şanslarından danışıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, fransız futbolçu katalonların ilk oyunda 2:0 hesablı məğlubiyyətdən sonra özünə gələ biləcəyinə inanmır.

"Barselona" azarkeşləri reallığı qəbul etməlidirlər. Hər yerdə geri dönüş barədə söhbətlər görürəm, amma bu, 2015-ci ildəki komanda ilə eyni deyil. "Barselona" artıq yoxdur", - deyə Evra bildirib.

O, katalonların turnirin həlledici mərhələlərində dəfələrlə uğursuz olduğunu qeyd edib.

"Onlar buna qadir deyillər. Çempionlar Liqası fərqli bir hekayədir. Artıq kral deyilsiniz", - deyə o vurğulayıb.

"Atletiko Madrid" - "Barselona" matçı 14 apreldə keçiriləcək.

Milli.Az