Kamçatkada güclü zəlzələ oldu

14 Aprel 2026 01:15

Kamçatka sahillərində, Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumatında deyilir.

Seysmik hadisə Petropavlovsk-Kamçatski şəhərindən 217 km məsafədə qeydə alınıb. Zəlzələ ocağı 60,9 km dərinlikdə yerləşib.

Milli.Az