Zaqatalada avtomobilin vurduğu piyada ölüb

14 Aprel 2026 00:11

Bu gün saat 21 radələrində Zaqatala rayonu ərazisində Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı İmdat İsmayılovu vurub.

Milli.Az xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az