Kifli qidalardan hansı yeyilməli, hansı zibilə atılmalıdır?

14 Aprel 2026 19:25

Kif yalnız səthdə görünən bir ləkə deyil; onun mikroskopik kökləri qidanın dərinliklərinə qədər uzana bilər.

Milli.Az xəbər verir ki, Britaniya Qıda Standartları Agentliyi (FSA) aşağıdakı qruplara hətta "təhlükəsiz" görünən kifli qidaları belə yeməməyi tövsiyə edir:

Uşaqlar və yaşlılar

Hamilə qadınlar

İmmunitet sistemi zəif olanlar

Kifli çörək yeyilə bilərmi?
Xeyr. Çörək məsaməli olduğu üçün kif kökləri və görünməz bakteriyalar çörəyin hər tərəfinə sürətlə yayılır. Kifli hissəni kəsib atmaq çörəyi xilas etmir.

Pendirlərdə vəziyyət necədir?
Sərt pendirlər (Çedar, Parmezan): Kif 5 mm-dən kiçikdirsə, həmin hissəni 1 sm dərininə qədər kəsib ataraq qalan hissəni yemək olar. Diqqət: Bıçağı kifli hissəyə dəymədən kəsin, yoxsa kifi yayarsınız.

Yumuşaq pendirlər: Əgər "Blue cheese" kimi xüsusi kifli pendir deyilsə, yumuşaq və sürtülən pendirlərdə kif göründüyü an zibilə atılmalıdır.

Meyvə və tərəvəzlər
Sərt olanlar (Kələm, kök): Kifli hissənin ətrafını 1 sm məsafə ilə kəsib atmaq olar.

Sulu və yumuşaq olanlar (Pomidor, xiyar, şaftalı, sitrus meyvələri): Bu qidalarda su nisbəti yüksək olduğu üçün mikrob və toksinlər çox sürətlə yayılır. Kif görüldüyü an atılmalıdır.

Almalar: Xüsusi diqqət yetirilməlidir, çünki kifli almalarda təhlükəli toksinlər ola bilər.

Mürəbbələr və digərləri
Kifli mürəbbələri zibilə atmaq ən doğru seçimdir. Çünki kifli hissəni götürsəniz belə, toksinlərin mürəbbənin içinə nə vaxt və nə qədər sızdığını bilmək mümkün deyil.

Kif isti, rütubətli və qida ilə zəngin mühiti sevir. Bunun qarşısını almaq üçün:

Mətbəxi təmiz, quru və yaxşı havalandırılan vəziyyətdə saxlayın.

Yaşıllıqları (kahı və s.) kağız dəsmala bükərək hava keçirməyən qablarda, soyuducuda saxlayın.

Qidaları alarkən son istifadə tarixinə və qablaşdırmanın bütövlüyünə diqqət edin.

Lalə Qüdrətova
Milli.Az