Elvin İsmayılova yüksək vəzifə verildi

13 Aprel 2026 19:21

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 14 saylı regional bölməsinə müdir təyin olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı agentliyin sədri Elnur Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Elvin İsmayılov qurumun 14 saylı regional bölməsinə müdir təyin edilib.

Qeyd edək ki, indiyədək 14 saylı regional bölmənin müdiri vəzifəsi vakant idi.

Milli.Az