Böyük Mərdəkan qəsrində çökmə olub - FOTO

13 Aprel 2026 18:05

Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halı baş verib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisəyə səbəb son günlərdə müşahidə edilən olunan intensiv yağışların təsiri olub.

Məlumata görə, Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları 12 aprel tarixində qeydə alınıb.

Hadisə ilə əlaqədar əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tututlub.

Milli.Az