Avstraliyada ilk dəfə olaraq orduya qadın komandan təyin edilib.
Milli.Az xəbər verir ki, Syuzan Koyl adlı general-leytenant bu posta təyin olunan ilk qadın kimi tarixə düşüb.
O bu ilin iyulundan vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, ordu komandanı Avstraliyanın quru qoşunlarında ən yüksək zabit vəzifəsidir. Ölkənin müdafiə naziri Riçard Marlz isə Syuzan Koylun təyinatını tarixi hadisə adlandırıb.
Milli.Az