Necə yataq ki, üzümüz QIRIŞMASIN?

20 Aprel 2026 06:06

Mütəxəssislər bildirir ki, yuxu pozası və gündəlik vərdişlər üz dərisinin qırışmasına birbaşa təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, həkim-kosmetoloqların sözlərinə görə, ən zərərli yuxu pozası üzü yastığa sıxaraq yatmaqdır. Bu halda dəridə təzyiq yaranır və zamanla "yuxu qırışları" adlanan xətlər formalaşa bilər.

Mütəxəssislər ən ideal yuxu pozası kimi arxası üstə yatmağı tövsiyə edirlər. Bu vəziyyətdə üz dərisi yastığa təmas etmir və sıxılma baş vermir.

Bundan əlavə, ipək və ya saten yastıq üzlüklərindən istifadə etmək də qırışların yaranma riskini azalda bilər. Çünki bu materiallar dəridə sürtünməni minimuma endirir.

Həmçinin kifayət qədər su içmək, düzgün qidalanmaq və dərini mütəmadi nəmləndirmək də dəri elastikliyinin qorunmasında mühüm rol oynayır.

Mütəxəssislər qeyd edir ki, sağlam yuxu rejimi və düzgün yatmaq tərzi uzun müddətdə üzün gənc və təravətli qalmasına kömək edir.

Musa
Milli.Az