MMA döyüşçüsünün 3-cü arvad PLANI

13 Aprel 2026 15:30

Qazaxıstanlı MMA döyüşçüsü Jalqas Jumaqulov ailə həyatı və çoxarvadlılığa münasibəti barədə danışıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İdmançı bildirib ki, əvvəlki açıqlamalarına baxmayaraq, hələlik üçüncü dəfə evlənməyə tələsmir və ailə qarşısında məsuliyyətin vacibliyini vurğulayıb.

Döyüşçü qeyd edib ki, sıx qrafikinə baxmayaraq, ailəsində artıq rahat bir sistem qurub.

"Bu məsələdə məndə hər şey qaydasındadır. Təlim-məşq toplanışlarına adətən həyat yoldaşlarımdan birini aparıram. Yaxınlarım buna uyğunlaşıb. Evdə necə olacağına mən qərar verirəm", - deyə Jumaqulov bildirib.

Üçüncü həyat yoldaşı məsələsinə toxunan idmançı bu addımı atmağa tələsmədiyini qeyd edib.

"Hələlik tələsmirəm. Çoxları düşünür ki, evlənmək asandır. Amma bu, o qədər də sadə deyil. Bəziləri evlənir, sonra isə qadınları uşaqlarla birlikdə atır - bu, düzgün deyil", - deyə o bildirib.

Onun sözlərinə görə, ailə qurmaq ciddi yanaşma və böyük məsuliyyət tələb edir.

"İkinci həyat yoldaşı götürürsənsə, hər ikisinə eyni diqqəti ayırmalı, bərabər şərait yaratmalı və heç birini incitməməlisən", - deyə döyüşçü əlavə edib.

Jumaqulov həmçinin birinci həyat yoldaşının həyatında mühüm rol oynadığını vurğulayıb və ailədə harmoniyanın böyük ölçüdə ondan asılı olduğunu qeyd edib.

Qeyd edək ki, UFC döyüşçüsünün iki həyat yoldaşı və yeddi övladı var.

Milli.Az