Sosial şəbəkələrdə avtomobilin sayğacı ilə bağlı maraqlı görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, kadrlarda sürücünün avtomobili idarə edərkən sayğacın 999 999 km göstəricisinə çatması əks olunub. Daha sonra sistemin 1 milyon kilometr həddini keçdikdən sonra yenidən sıfırlanması diqqət çəkib.
Bu nadir hal izləyicilər arasında maraqla qarşılanıb və sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər avtomobilin bu qədər yüksək yürüşə çatmasını və sayğacın avtomatik olaraq sıfırlanmasını müxtəlif fikirlərlə şərh ediblər.
Qeyd edək ki, bu cür mexaniki və ya elektron sayğac sistemləri bəzi avtomobil modellərində maksimum həddi keçdikdə yenidən sıfırlanma xüsusiyyəti ilə tanınır.
Hüseyn
Milli.Az