Bakıda restoranın qarşısında kütləvi dava düşdü - VİDEO - YENİLƏNİB

13 Aprel 2026 17:12

Nərimanovda baş vermiş dava ilə bağlı "Tempo Baku" restoranı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, restoranından bildirilib ki, hadisə obyektin fəaliyyəti ilə əlaqəli deyil: "Hadisədə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

Milli.Az

__________

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən "Tempo Baku" restoranının qarşısında dava düşüb.

Milli.Az-a daxil olan məlumata görə, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin şəxsiyyətləri polis əməkdaşları tərəfindən müəyyən edilib.

Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.

Milli.Az

_________

Bakıda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.

Milli.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Tempo Baku" restoranının qarşısında baş verib.

Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə baş verib və daha sonra mübahisə davaya çevrilib. 

Tərəflər bir-birlərinə xəsarətlər yetiriblər.

Mehman Əsədov
Milli.Az

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Milli.Az.official (@milli.az.official)