BMW şirkətində uzun illər çalışan türk işçi xüsusi jestlə təqaüdə yola salınıb.
Milli.Az xəbər verir ki, Almaniyada yerləşən BMW zavodunda 40 il fəaliyyət göstərən əməkdaş təqaüdə çıxmazdan əvvəl şirkət tərəfindən dəyərli hədiyyə ilə mükafatlandırılıb. Belə ki, ona son model BMW M3 avtomobili təqdim edilib.
Uzun illər ərzində göstərdiyi sədaqət və əməyin qarşılığı olaraq edilən bu jest sosial mediada da böyük maraq doğurub. İstifadəçilər şirkətin əməkdaşına verdiyi dəyəri yüksək qiymətləndirərək bu addımı təqdir ediblər.
Qeyd edək ki, bu cür təşəbbüslər böyük şirkətlərdə nadir hallarda baş versə də, işçilərin motivasiyasına müsbət təsir göstərən nümunələrdən biri kimi dəyərləndirilir.
Hüseyn
Milli.Az