ABŞ hakimiyyəti İranın sabiq vitse-prezidentinin oğlu İsa Haşemini saxlayaraq onun daimi yaşayış icazəsini ləğv edib.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Bildirilib ki, İranın qadın və ailə məsələləri üzrə sabiq vitse-prezidenti Masumeh Ebtekarın oğlu İsa Haşeminin "green card"ı ləğv olunub və o saxlanılıb.
Məlumata görə, onun həyat yoldaşı və oğlu da saxlanılıb və deportasiya gözləyirlər. Qeyd olunub ki, hər üç şəxs 2014-cü ildə ABŞ-a gəlib, 2016-cı ildə isə daimi yaşayış icazəsi alıblar.
Əlavə olaraq bildirilib ki, ABŞ daha əvvəl İran generalı Qasım Süleymaninin qohumlarının da "green card"ını ləğv edib və onları saxlayıb. Həmçinin, İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricaninin ölkəni tərk etmiş qızının və onun həyat yoldaşının da daimi yaşayış statusu ləğv edilib və onlara ABŞ-a giriş qadağan olunub.
Ayxan
Milli.Az