Qayınana kürəkəninin dəfnində qəfildən ÖLDÜ

13 Aprel 2026 09:56

İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib.

Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib.

Milli.Az