“Fənərbağça”dan “Qalatasaray”ın oyunundan dərhal sonra atmacalı PAYLAŞIM - FOTO

13 Aprel 2026 09:55

Türkiyənin "Fənərbağça" futbol klubu Superliqada "Qalatasaray"ın "Kocaelispor"la heç-heçə oyunundan dərhal sonra sosial şəbəkə hesablarında paylaşım edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, paylaşımda "Kadıköydə, səfərdə, küçədə, hamı birlikdə son ana qədər inan, Fənərbağça!" ifadələri yer alıb.

Qeyd edək ki, Superliqanın 29-cu həftəsində lider "Qalatasaray" öz meydanında "Kocaelispor"la 1:1 hesablı heç-heçə edərək zirvə yarışında iki xal itirib. Bu nəticə ilə xalını 68-ə çatdıran "sarı-qırmızılılar"ın ən yaxın izləyicisi "Fənərbağça" ilə turnir cədvəlində fərq iki xala enib.

Milli.Az