Çin həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də səhralaşma ilə mübarizə aparmaq üçün ən çətin coğrafiyalardan birində müasir texnologiyaların köməyi ilə buğda hasatına başlayıb.
Milli.Az xəbər verir ki, məkan Sincan-Uygur Muxtar Rayonunda, Taklamakan səhrasının kənarında yerləşən təxminən 547 hektarlıq ərazini əhatə edir.
Buğdanın cücərmə və fidan tutma dərəcəsi %90-dan çox olub. Bu, ekstremal səhra şəraiti üçün böyük nailiyyətdir.
Əvvəllər 30 nəfərin gördüyü işi hazırda cəmi 4 nəfər yerinə yetirir. Müasir idarəetmə sistemləri insan müdaxiləsini minimuma endirib.
İlk sınaqlarda istifadə olunan damcı suvarma sistemi qum fırtınaları səbəbindən uğursuz olmuşdu. Lakin mütəxəssislər həlli "pivot sprinkler" (dönər başlıqlı püskürtmə) sistemində tapdılar:
Püskürdilən su bitkilərin üzərindəki qumu yuyur, bu da fotosintez prosesini sürətləndirir.
Torpağın üst qatı nəmli qaldığı üçün qum zərrəcikləri havaya qalxmır və bitkilərə zərər vermir.
Bu layihə Çinin 1978-ci ildə başladığı və 2050-ci ilə qədər davam edəcək qlobal ekoloji planın bir hissəsidir:
Hədəf: Bölgədəki yaşıl örtüyü %5-dən %15-ə çatdırmaq.
Güneş Panelləri İnteqrasiyası: Qum təpələrinə quraşdırılan günəş panelləri həm enerji istehsal edir, həm də kölgə yaradaraq bitkilərin yetişməsi üçün əlverişli mühit formalaşdırır.
Çin arazi korlanmasında (eroziyada) "sıfır artım" hədəfinə çatan ilk ölkə olub. İllik səhralaşma sürəti 10.000 km²-dən 2.300 km²-ə qədər geriləyib.
Mütəxəssislər qeyd edirlər ki, hər şey rəvan deyil. Su ehtiyatlarının məhdudluğu səbəbindən son 40 ildə əkilən ağacların yalnız onda biri sağ qalıb. Buna görə də, Çin indi daha çox suya davamlı olan kol və alçaqboylu bitkilərin əkilməsinə üstünlük verir ki, bu da sağ qalma dərəcəsini üç dəfə artırır.
Lalə Qüdrətova
Milli.Az