Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

12 Aprel 2026 22:05

Macarıstanın Bakıdakı Səfirliyində Macarıstan Parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak edib.

​"Göstərdikləri dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk", - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-dan saat 19:00-dək açıq olub.

Milli.Az