Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.
Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib.
Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.
İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir. (APA)
Milli.Az