İranla bağlı göstəriş verdi

12 Aprel 2026 18:38

İsrail ordusuna İrana qarşı hücumların bərpasına hazırlaşmaq tapşırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkənin silahlı qüvvələrinə yüksək döyüş hazırlığı vəziyyətinə keçmək əmri verib. O, "yaxın gələcəkdə" İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini istisna etməyib.

"Ynet"in mənbələrinin sözlərinə görə, İsrail Müdafiə Ordusu əvvəlki "Yüksələn şir" və "Şir nəriltisi" əməliyyatlarına bənzər ssenari üzrə mümkün hərbi addımlara hazırlaşır. Hazırda bütün planlaşdırma prosesləri sürətləndirilib.

Bununla paralel olaraq, İsrailin hərbi kəşfiyyat idarəsi İranda hərbi hədəflərin siyahısını hazırlayır. Bildirilir ki, prioritet olaraq raket sistemləri və onların buraxılış qurğuları nəzərdən keçirilir. Bununla belə, mənbələr vurğulayırlar ki, hələlik hərbi əməliyyatlarla bağlı yekun qərar verilməyib və görülən tədbirlər "istənilən ssenariyə tam hazır olmaq" məqsədi daşıyır.

Milli.Az