Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Milli.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"İran prezidenti aprelin 11-də İslamabadda baş tutan İran-Amerika danışıqlarını qiymətləndirib, Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib. Məsud Pezeşkian həmçinin İran xalqına göstərilən humanitar yardıma görə Rusiyaya təşəkkür edib.
Putin münaqişənin siyasi və diplomatik yolla həlli axtarışını asanlaşdırmağa və Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması naminə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla aktiv əlaqələri davam etdirəcək", - məlumatda qeyd olunub.
Milli.Az