Yüksək maaşlı iş təklifi ilə dələduzluq edənlər tutuldu

12 Aprel 2026 12:24

Nəsimi rayonu ərazisində yüksək məvacibli iş təklif edərək vətəndaşları dələduzluq yolu ilə aldadan 26 yaşlı Ə.Əkbərov və 35 yaşlı T.Əzizi polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, onların iki nəfərin etibarından sui-istifadə edərək 28 min manat pul vəsaitini dələduzluq edərək eldə etdikləri müəyyən edilib.

Araşdırmalar aparılır.

Milli.Az