Xəbər verdiyimiz kimi, ötən gün Tərtərdə kafedə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Nabil Aslanov bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
--------
Ötən gecə Tərtərdə qətl hadisəsi törədən şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, Tərtər şəhəri ərazisində həmyerlisi Nabil Aslanovu qətlə yetirən 1995-ci il təvəllüdlü Səfixan Nağıyev polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir./Trend.Az
Milli.Az