Türkiyə Super Liqasında XXIX tur davam edir.
Milli.Az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.
Komanda "Kayserispor"la qarşılaşıb. Görüş "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib.
Hesab ilk hissənin sonunda açılıb. Nqolo Kante fərqlənib. İkinci yarıda Anderson Talişka və Dorgeles Nene adlarını tabloya yazdırıblar. Matçın sonlarında braziliyalı dubl müəllifi olub - 4:0.
Qeyd edək ki, "Fənərbaxça" 66 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Milli.Az