"Bavariya" Almaniya Bundesliqasında rekor qırdı

11 Aprel 2026 22:35

"Bavariya" futbol klubu Almaniya Bundesliqasında vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Milli.Az -ın məlumatına görə, "Bavariya" 29-cu turda səfərdə "Sent-Pauli" ilə qarşılaşmada üç qol vurub. Münhen klubu cari Bundesliqada 103 qol vurub.

Əvvəlki rekord da 1971/72 mövsümündə 101 qol vuran "Bavariya"ya məxsus olub.

Milli.Az