Plovu dən-dən edən qatıq hiyləsi

12 Aprel 2026 20:32

Plovun dən-dən olması üçün əvvəlcə yağda arpa şəhriyyə qovrulur, sonra bulqur əlavə edilərək birlikdə qovrulmağa davam edilir. Bu mərhələdə qatıq əlavə edilib qarışdırılır və plova fərqli bir tekstura qazandırılır.

Milli.Az plovun bişirilmə prosesində atılmalı olan əsas addımları təqdim edir:

Qazana 2 yemək qaşığı kərə yağı və ya duru yağ əlavə edilir. Yağ əridikdən sonra 2 yemək qaşığı şəhriyyə əlavə olunur və rəngi qızılı-qəhvəyi olana qədər orta odda davamlı qarışdırılaraq qovrulur.

Qovrulan şəhriyyələrin üzərinə 1 su stəkanı plovluq bulqur əlavə edilir. Bulqur yağla tamamilə örtülənə qədər bir neçə dəqiqə birlikdə qovrulur. Bu proses bulqurun bişərkən yapışmasının qarşısını alır.

Qovrulan bulqurun üzərinə 2 yemək qaşığı qatıq əlavə edilir və yaxşıca qarışdırılır. Ardından 2 su stəkanı su və zövqə görə duz əlavə olunaraq qarışıq homogen hala gətirilir. Qatıq plova həm yüngül bir yumşaqlıq verir, həm də dənələrinin daha qabarıq və dən-dən görünməsini təmin edir.

Qazanın qapağı örtülür və plov vam odda suyunu tam çəkənə qədər bişirilir. Su tamamilə çəkildikdən sonra ocaq söndürülür. Plovun dən-dən olması üçün ən az 10-15 dəqiqə dəm alması (dincəldilməsi) vacibdir.

Hazırlamaq üçün lazım olanlar:
1 su stəkanı plovluq bulqur

2 yemək qaşığı şəhriyyə

2 yemək qaşığı kərə yağı və ya duru yağ

2 yemək qaşığı qatıq

2 su stəkanı su

Duz

Lalə Qüdrətova
Milli.Az