Yaxa sancağı gündəm oldu - FOTO

11 Aprel 2026 18:40

İslamabad danışıqlarına İran tərəfdən rəhbərlik edən Parlament sədri Məhəmməd Baqer Qalibaf Pakistan rəsmiləri ilə görüşə yaxasına maraqlı sancaq taxaraq qatılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, birbaşa danışıqlardan əvvəl "məsələləri həll etmək" üçün İslamabaddakı bir hoteldə Pakistan nümayəndə heyəti ilə görüşən Qalibafın yaxasında dövlət rəmzini bildirən sancaq əvəzinə, İranın qətlə yetirilmiş Ali Lideri Əli Xamenei və onun oğlu, hazırkı Ali Lider Müctəba Xameneinin şəkli olan sancaq olub.

Onun bu seçimi sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Milli.Az