Rauf Məmmədzadənin ilk solo konserti baş tutub - FOTO

11 Aprel 2026 17:19

Beynəlxalq Muğam Mərkəzində istedadlı vokal ifaçısı Rauf Məmmədzadənin ilk solo konserti baş tutub. 

Konsert Azərbaycan vokal sənətinin dahi nümayəndəsi Müslüm Maqomayevin əziz xatirəsinə həsr olunub. Beynəlxalq vəRespublika müsabiqələrinin laureatı olan gənc ifaçı gecədəMüslüm Maqomayevin repertuarında yer alan unudulmazəsərləri tamaşaçılara təqdim edib. Rauf Məmmədzadə "Mavi əbədiyyət" və "Azərbaycan" əsərlərini müəllimi, Xalq artistiFidan Hacıyeva ilə birlikdə ifa edib. 

Konsert proqramı klassik musiqi həvəskarlarına unudulmazanlar bəxş edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az