İmişlidə ev yanıb.
Milli.Az xəbər verir ki, hadisə Qaralar kəndində qeydə alınıb.
Qaralar kənd sakini, Abşov Akif Mədət oğluna məxsus fərdi yaşayış evi yanıb. Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparır./apa
Milli.Az