Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır

11 Aprel 2026 14:22

Mikroplastiklərin insan həyatı üçün yaratdığı ciddi təhlükələr bir daha gündəmə gəlib.

Milli.Az xəbər verir ki, araşdırmaya görə, tekstil boyalarından mətbəx ləvazimatlarına, uşaq oyuncaqlarından şəxsi qulluq vasitələrinə qədər bir çox gündəlik məhsul insan orqanizminə mikroplastik ötürür.

Bildirilir ki, bu xırda hissəciklər qan dövranına daxil olaraq bədəndə, xüsusilə də toxumalarda toplanır.

Diqqət çəkən əsas məqamlardan biri isə körpələrin daha böyük risk altında olmasıdır. Belə ki, onların məruz qaldığı plastik yükünün böyüklərlə müqayisədə bir neçə dəfə artıq olduğu qeyd olunur.

Mütəxəssislər yaranmış vəziyyətlə bağlı xəbərdarlıq edərək gündəlik həyatda plastik istifadəsinin minimuma endirilməsini, həmçinin istehsal proseslərində daha sərt nəzarət mexanizmlərinin tətbiqini zəruri hesab edirlər.

Mina Mikayılova
Milli.Az