Kanalda batan 7 yaşlı Aylinin FOTOSU - YENİLƏNİB

11 Aprel 2026 23:32

Faciəvi şəkildə həyatını itirən 7 yaşlı Aylinin fotosunu təqdim edirik:

---------
Tərtərdə su kanalında batan 7 yaşlı uşaq nəşi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az xəbər verir ki, hadisə ilə əlaqədar olaraq əraziyə FHN-nin əməkdaşları cəlb edilib.

Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

----------

Tərtər şəhərində 7 yaşlı uşaq kanalda boğulub.

Milli.Az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında baş verib.

Belə ki, Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşərək boğulub.

Milli.Az