İrana qarşı 40 günlük "Güclü qəzəb" əməliyyatı zamanı 13 amerikalı hərbçi həlak olub, 381 əsgər isə yaralanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının verdiyi məlumatda deyilir.
Müharibə zamanı İranın açdığı atəş nəticəsində yeddi əsgər həlak olub, ehtimal ki, onlar martın 1-də Səudiyyə Ərəbistanında İranın hava hücumunda həlak olublar.
Hərbi Hava Qüvvələrində ölən altı nəfər də "döyüşlə əlaqəli olmayan" kimi təsnif edilib. KC-135 tankerinin ekipajı hava əməliyyatlarını dəstəkləyərkən həlak olub.
Milli.Az