Futbol təkcə vurulan qollardan ibarət deyil, həm də o qollardan sonra yaşanan emosiyalar və unudulmaz hərəkətlərlə yadda qalır.
Milli.Az xəbər verir ki, "Sport Bible" tərəfindən paylaşılan yeni siyahıda futbol tarixinin ən ikonik 10 qol sevinci müəyyənləşib.
Siyahının zirvəsində gözlənildiyi kimi, portuqaliyalı ulduz Kriştiano Ronaldo qərarlaşıb. Onun bütün dünyada trendə çevrilən "Siu" hərəkəti bir nömrə seçilib.
Hazırda "Çelsi"nin ulduzu olan Koul Palmer isə gənc yaşına baxmayaraq, özünəməxsus "Soyuqdur" (It's cold) sevinci ilə siyahıya daxil olmağı bacarıb.
Ən İkonik Qol Sevincləri - Top 10:
Kriştiano Ronaldo - "SIU"
Piter Krauç - "Robot" rəqsi
Lionel Messi - "Barselona forması" ("Santiaqo Bernabeu"da formasını azarkeşlərə göstərməsi)
Pol Qaskoyn - "Stomatoloq kreslosu"
Erik Kantona - "Dayan və bax"
Alan Şirer - Tək əlin qaldırılması
Tyerri Anri - Diz üstə sürüşmə
Yurgen Klinsmann - "Klinsmann dalışı"
Rojer Milla - Künc bayrağı yanında rəqs
Koul Palmer - "Soyuqdur" (It's cold) (Offsideplus.az)
Milli.Az