Amerikalı məşhur reper Afrika Bambaataa (Lans Teylor) vəfat edib.
Milli.Az xəbər verir ki, o, 68 yaşında ABŞ-nin Filadelfiya şəhərində dünyasını dəyişib. Məlumata görə, o, xərçəng xəstəliyinin yaratdığı ağırlaşmalar səbəbindən vəfat edib.
Qeyd edək ki, Bambaataa hip-hop mədəniyyətinin yaradıcılarından biri sayılır. 1970-ci illərin sonlarında "Universal Zulu Nation" adlı təşkilatı quraraq bu mədəniyyətin dünyada yayılmasına töhfə verib.
Onun ən məşhur işi 1982-ci ildə yayımlanan "Planet Rock" mahnısıdır. Bu trek hip-hopun inkişafına böyük təsir göstərib və ABŞ-da R'n'B çartında yüksək yerlərə yüksəlib.
Sənətçi 1980-1990-cı illərdə azyaşlılara qarşı zorakılıq etməkdə ittiham olunub. O isə bu iddiaları rədd edib. (Axşam.az)
Milli.Az