Qəbələdə Azərbaycan və Ermənistan arasında dəyirmi masa keçirilib - FOTO

10 Aprel 2026 20:00

"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini ikinci sessiya ilə davam etdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aprelin 10-dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur.

Görüş 12 aprelədək davam edəcək.

"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, "Sülh Körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətinin və əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir.

Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsinə həsr olunacaq.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.

Azərbaycandan olan iştirakçılar:

1.Fərhad Məmmədov - koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru.
2.Rusif Hüseynov - Topçubaşov Mərkəzinin direktoru.
3.Ramil İsgəndərli - Milli QHT Forumunun İdarə Heyətinin sədri.
4.Kəmalə Məmmədova - "First News Media" (1news.az) internet portalının baş redaktoru.
5.Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi.
6.Dilarə Əfəndiyeva - Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nəzdində "Qadınlar, sülh və təhlükəsizlik" Mərkəzinin rəhbəri.
7.Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi.
8.Zaur Şiriyev - "Karnegi" Rusiya və Avrasiya Mərkəzinin eksperti.
9.Rauf Ağamirzəyev - nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.
10.Gülbəniz Qənbərova - "Kənd Qadınları Assosiasiyası" İctimai Birliyinin sədri.
11.Nəzrin Əliyeva - "İnsan Hüquqlarına Dəstək Mərkəzi" İctimai Birliyinin nümayəndəsi.
12.Sənan Rzayev - CBC telekanalının redaktoru və aparıcı siyasi şərhçisi.
13.Emin Əliyev - TREND beynəlxalq informasiya agentliyinin baş redaktoru.
14.Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini.
15.Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri.
16.İlyas Hüseynov - siyasi analitik.
17.Gülşən Axundova - "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri.
18.Orxan Babayev - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin əməkdaşı.
19.Orxan Amaşov - "AnewZ" baş redaktor müavini və aparıcısı.
20.Yeganə Hacıyeva - Mətbuat Şurası İdarə Heyətinin üzvü.

Ermənistandan olan iştirakçılar:

1.Areq Koçinyan - koordinator, Ermənistan Şurasının prezidenti.
2.Boris Navasardyan - "Yerevan Mətbuat Klubu"nun fəxri prezidenti.
3.Naira Sultanayan - Demokratiyanın İnkişafı Fondunun direktoru.
4.Narek Minasyan - Ermənistan Şurasının assosiativ eksperti.
5.Samvel Meliksetyan - Ermənistan Şurasının eksperti.
6.Stepan Qriqoryan - Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarə Heyətinin sədri.
7.Edqar Vardanyan - Ermənistan Şurasının assosiativ eksperti.
8.Robert Gevondyan - Ermənistan Şurasının eksperti.
9.Lusine Haratyan - yazıçı və mədəni antropoloq.
10.Nelli Minasyan - tarix elmləri doktoru, dosent, türkologiya üzrə mütəxəssis.
11.Davit Stepanyan - "1in.am" saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti.
12.Ruben Babayan - Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.Eleonora Sarqsyan - sülh və gender məsələləri üzrə ekspert, gənclərlə iş üzrə mütəxəssis.
14.Naira Martikyan - "JAMnews" (Ermənistan) redaktoru, direktoru.
15.Vazgen Karapetyan - "Avrasiya Tərəfdaşlığı" Fondunun direktor müavini.
16.Tatev Danielyan - Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru, aparıcısı.
17.Armen Petrosyan - regional siyasət üzrə ekspert, "Orbeli" Mərkəzi.
18.Alen Amirxanyan - Akopyan Ekoloji Mərkəzinin (AUA) direktoru.
19. Nelli Rafayelyan - jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.Ermənistan İctimai Televiziyasının operatoru.

Milli.Az