"Yuventus" Spalletti ilə bağlı qərarını verdi

10 Aprel 2026 19:37

"Yuventus" baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

67 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatmalı idi.

Qeyd edək ki, Spalletti 2025-ci il oktyabrın sonunda "Yuventus"un baş məşqçisi təyin edilib. Turnin klubu hazırda İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

Milli.Az