Fərid Hacıağabəyli direktor müavini OLDU

10 Aprel 2026 16:24

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub.

Sədrin digər əmri ilə o, "Bakı Metropoliteni"nin İnsan resursları üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Milli.Az