Müəllimlər üçün yerdəyişmə müsabiqəsi başlayır - TARİXLƏR

10 Aprel 2026 15:23

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.

Bu barədə Milli.Az-a MÜTDA-dan məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.

Milli.Az