Hacıqabul sakini itkin düşüb.
Milli.Az xəbər verir ki, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur.
Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.
Milli.Az