Narkotik əkən şirkət əməkdaşı SAXLANILDI

10 Aprel 2026 14:25

Şuşada narkotik əkən şirkət əməkdaşı məsuliyyətə cəlb olunub.

Milli.Az xəbər verir ki, cinayət əməlini Şuşada tikinti işləri aparan "Protean Construction" MMC-də qəlibçi kimi çalışan C.A (şərti) törədib.

Belə ki, polisin təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun müvəqqəti yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və yatdığı çarpayının altından həmin narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa o, müvəqqəti yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda 3 ədəd təmiz çəkisi 4,08 qram, 13,02 qram, 29,27 qram olmaqla ümumilikdə təmiz çəkiləri 46,37 qram təşkil edən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkib, yetişdirib, kultivasiya edib.

Təqsirləndirilən şəxs ifadəsində çətənə kolunu Xocalı rayonu ərazisində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında gördüyünü, həmin çətənə kolunun yarpaqlarını yığaraq şəxsi istifadə üçün Şuşaya apardığını deyib. Bundan başqa, o, 9 ədəd çətənə kolunun toxumunu özü ilə götürərək Şuşada yaşadığı evin həyətində əkdiyini etiraf edib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə CM-nin 234.1 və 237.1-ci maddələri üzrə təqsirləndirilən şəxsin azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Milli.Az