“Min qol vuracağam və hamısının videolu sübutu olacaq”

10 Aprel 2026 16:30

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu karyerası ilə bağlı iddialı açıqlama verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verib.

41 yaşlı ulduz futbolçu bildirib ki, məqsədi 1000 qol vurmaqdır, lakin bunu xüsusi fərqlə etmək istəyir.

"Bütün qollarım videodadır, mənim sübutlarım var. Əfsanələrə hörmət edirəm, amma mənim sübutlarım olacaq", - deyə portuqaliyalı ulduz vurğulayıb.

Ronaldu əlavə edib ki, onun bütün qolları video şəklində qeydə alınıb və bu, onun üçün önəmli məqamdır.

Milli.Az