Fərid İbadov sədrin yeni müşaviri OLDU

10 Aprel 2026 13:47

Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Azər Mursaqulov əmr imzalayıb.

Əmrə əsasən, Fərid İbadov DSK sədrinin müşaviri təyin edilib. 

Qeyd edək ki, F.İbadov bu təyinatadək Maliyyə Nazirliyində çalışıb. 

Xatırladaq ki, A.Mursaqulov bu ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə DSK sədri təyin edilib.O, sədr təyinatından əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb.

Milli.Az