OpenAI-də son aylarda baş verən daxili dəyişikliklər və layihələrin təxirə salınması şirkətin sabitliyi ilə bağlı suallar yaradıb.
Milli.Az xəbər verir ki, "The Verge"in məlumatına görə, "ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür. OpenAI-nin Pentagon ilə əməkdaşlığı və bəzi layihələrin dayandırılması diqqət çəkib. Eyni zamanda, Anthropic oxşar təklifdən imtina edib.
Şirkətdə rəhbər heyətdə dəyişikliklər də baş verib. Bu ay isə İlon Mask tərəfindən qaldırılan iddia üzrə məhkəmə keçiriləcək. Mask Sam Altmanın vəzifədən uzaqlaşdırılmasını tələb edir.
Qarşıdakı məhkəmə prosesi "ChatGPT"nin gələcəyi üçün həlledici hesab olunur.
Milli.Az