Türkiyədə bələdiyyədə əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

10 Aprel 2026 11:21

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mersin Yenişehir bələdiyyəsinə qarşı tender saxtakarlığı ittihamı ilə əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, məlumata görə, istintaq çərçivəsində təxminən 30 nəfər saxlanılıb.

Əməliyyat çərçivəsində barələrində saxlanılma qərarı verilənlər arasında bələdiyyə sədrinin müavinləri, departament rəhbərləri və şirkət rəsmilərinin də olduğu iddia edilir.

Milli.Az