İran Hörmüzdən keçən gəmilərdən görün nə qədər rüsum alırmış

10 Aprel 2026 13:05

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüzdən keçən tankerlərdən rüsum almağı dayandırmağa çağırıb.

Milli.Az xəbər verir ki, "Axios"un məlumatına görə, İranın hər barel neft üçün təxminən 1 dollar rüsum tələb etdiyi iddia olunur. Bildirilir ki, bu vəziyyət tanker axınının yavaşımasına və yüzlərlə gəminin gözləməsinə səbəb olub.

Gərginlik fonunda enerji bazarlarında da təsir hiss olunur - neft qiymətlərinin artdığı qeyd edilir.

ABŞ tərəfi boğazın açıq olduğunu bildirsə də, İran keçidə təzyiq göstərdiyi iddialarını rədd edərək, bölgədə siyasətini davam etdirəcəyini açıqlayıb.

Milli.Az